Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
Ulu Öndərin zəngin və möhtəşəm dövlətçilik fəaliyyətində gənclər siyasəti hər zaman xüsusi yer tuturdu

0

  • Xalqın taleyini düşünən dahi şəxsiyyətlər gəncliyə həmişə böyük önəm veriblər. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev də xalqımızın taleyinin gənclərin yaxşı təhsil almalarında, fiziki və mənəvi-psixoloji cəhətdən sağlam yetişmələrində görmüşdür. Ulu öndər kəlamlarından birində demişdir ki, hər bir Azərbaycan gənci hər şeydən çox, hər şeydən artıq müstəqil Azərbaycanın bu günü, gələcəyi haqqında düşünməlidir. Ümumilli lider başqa bir kəlamında Azərbaycan gəncliyinə bu dəyərləri verir: “Hər bir xalq özünün xoşbəxt gələcəyi olan ümidlərini ilk növbədə gənc nəsillə bağlayır. Gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunması onun mənsub olduğu xalqın rifahının, ölkənin çiçəklənməsinin rəhnidir. Bu gün iftixar və qürur hissi ilə bildirmək istəyirəm ki, müasir Azərbaycan gəncliyi milli mənəvi dəyərlərimizi, doğma ana dilimizi, ata- babalardan qalan gözəl adət-ənənələrimizi göz bəbəyi kimi indi də qoruyub yaşadır”.Bu gün ölkəmizdə aparılan uğurlu gənclər siyasətinin nəticəsidir ki, gənclərimiz Azərbaycanı bütün sahələrdə layiqincə təmsil edirlər. İstər idman yarışları, istərsə də bilik, mədəni yarışlarda gənclərimiz uğurlu nəticə əldə edir, bayrağımızı ucaldır, himnimizi səsləndirir, bir sözlə Azərbaycanı tanıtdırırlar. Ümummilli lider Heydər Əliyev gənclərlə bağlı məsələləri həmişə öz siyasətinin əsas tərkib hissələrindən biri hesab edib. Heydər Əliyevin 1969-1982-ci illərdə respublikaya rəhbərlik etdiyi dövürlərdə yüzlərlə yeni tədris ocaqları, gənclik mərkəzləri, hərbi məktəblər açılmış, minlərlə azərbaycanlı gənc keçmiş SSRİ-nin nüfuzlu ali məktəblərində təhsil almış, müasir ixtisaslara yiyələnmişdir.Dahi şəxsiyyət Heydər Əliyev hakimiyyətə qayıdışından sonra da gənclər siyasətini aparıcı istiqamətlər biri kimi görmüşdür.Gənc nəslin mütəşəkkil formada yetişdirilməsində Gənclər və İdman İdarəsinin yaradılması mühüm addım idi. Dahi şəxsiyyət Heydər Əliyevin 1994-cü il iyulun 26-da Gənclər və İdman Nazirliyini yaratması ilə gənclər siyasəti səmərəli şəkildə həyata keçirilməyə başladı. Bundan sonra 1996-cı ilin yanvarın 26-da imzaladığı Sərəncamla fevralın 2-də Azərbaycan Respublikası gənclərinin ilk forumunun keçirilməsi qərarı alındı. Bu Forumun əhəmiyyəti olduqca böyük idi. Forumdan sonra gənclər siyasətinə olan diqqət və qayğı daha da artırıldı. Həmin gündən etibarən hər il 2 fevral günü təntənəli şəkildə qeyd edilir.Ulu öndərin gənclər siyasətinə önəm verməsi bu sahədə müvafiq qanunvericilik bazasının formalaşmasını da zəruri etdi. Gənclərin asudə vaxtlarının səmərəli təşkili, onların sosial qayğılarının ödənilməsi üçün mühüm addımlar atıldı. Ulu öndərin siyasi xəttini uğurlu davam edən ölkə başçısı İlham Əliyev gənclər siyasətinin mahiyyət və keyfiyyətcə yeni mərhələyə qədəm qoyması missiyasını layiqincə yerinə yetirdi. Bunun məntiqi nəticəsi olaraq Vətən müharibəsində gənclərimiz torpaqlarımızın azadlığı uğrunda igidliklə döyüşdülər. Gənclərimiz Zəfər tarixini yazmağı özlərinə ən müqəddəs vətəndaşlıq borcu bildilər. Qarabağın azad olunması ilə gənclər siyasətinin banisi Ulu öndər Heydər Əliyevin ruhu da rahatlıq tapdı. Qürurverici haldır ki, Azərbaycanda yüksək intellektual səviyyəli, vətənpərvərlik ruhunda, torpağına, millətinə bağlı gənc nəsil yetişib. Bu onu bildirir ki, Azərbaycanın gələcəyi əmin əllərdədir.
    Akif Rüstəmov,
    Xocalı rayon ziyalısı
    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməQəzet
    Kateqoriyaİqtisadiyyat
    Yerləşdirdi
    Yerləşdirildi1 il öncə
    İzlənib131 dəfə
    ulu Öndərin zəngin möhtəşəm dövlətçilik fəaliyyətində gənclər siyasəti hər zaman xüsusi yer tuturdu

    Maraqlı gələ bilər
    188